Xəbəri Kokpitdə Oxuyun!

Rassellin maşını standartdan yüngül olub və araşdırılır

Mercedes komandasının sürücüsü Corc Rassell bolidin minimum çəkisi 798 kiloqramdan yüngül olduğu üçün stüardlar tərəfindən çağırılıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü tək pit-stoplu strategiya ilə liderliyi ələ alıv və Lyuis Həmiltonun önündə qələbə qazanıb.

Qaydalara görə stüardlar yarışdan sonra maşındakı qalan yanacağı çıxarırlar və üzərində təhlillər aparırlar. Rassellin maşınından alzımi qədər yanacaq çıxarılıb, amma yanacaq çıxarıldıqdan sonra maşının çəkisi standartdan -798 kiloqramdan 1.5 kiloqram yüngül olub. Qaydalara əsasən maşın 798 kiloqram olmalıdır. Britaniyalı sürücünün maşını 796.5 kiloqram olub.

Co Bauer yarışdan sonra təhlil aparıb və maşının standartdan yüngül olduğu barədə stüardlara xəbər verib. Hazırda bu stüardlar tərəfindən müzakirə olunur. Əgər Mercedes bu yüngüllüyün səbəbini açıqlaya bilməsə Rassell yarışdan diskvalifikasiya olunacaq. Belə olan halda qələbəni Lyuis Həmilton qazanacaq. Oskar Piastri ikinci, Şarl Lekler isə üçüncü olacaq.

Rauf Hacıyev

Şərh əlavə et