Kokpit.az xatırladır ki, britaniyalı sürücü Belçika yarışında qələbə qazansa da, stüardlar yarışdan sonra yanacaqsız formada maşını çəkiblər və maşın standart 798 kiloqramdan 1.5 kiloqram yüngül olub. Buna görə də Corc Rassell diskvalifikasiya olunub. Belə olan halda qələbəni komanda yoldaşı Lyuis Həmilton bayram edib.
Stüardlar bu barədə belə məlumat veriblər: “Stüardlar 63 nömrəli maşının komanda təmsilçisini, FİA-nın texniki nümayəndəsini, FİA-nın təkoturacaqlı maşın direktorunu və FİA-nın təkoturacaqlı texniki direktorunu dinləyib. 63 nömrəli maşın FİA-nın daxili və xarici tərəzilərində çəkilmiş və hər iki tərəzi də eyni nəticəni (796.5 kiloqram) göstərib. Hər iki tərəzinin göstəricisi iştiraksçı tərsdiqlənmiş və şahidlik edilmişdir.
Proses zaman komanda təmsilçisi bildirib ki, ölçmə doğru edilib və lazımi bütün prosedurlar düzgün edilib. Bundan başqa komanda qəbul edib ki, cəzanı yüngülləşdirici bir hal yoxdur və komanda burada doğrudan da səhv edib. Stüardlar
Stüardlar qərar veriblər ki, texniki reqlamentin 4.1-ci maddəsi pozulub və bunun üçün standart cəza tətbiq ediləcək”.
Mercedes-in bu qərara etiraz edəcəyi gözlənilmir.
Şərh əlavə et