Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Strategiyada səhv oldu

Mercedes komandasının sürücüsü Lyuis Həmilton düşünür ki, onlar qələbni strategiya səhvinə görə itiriblər. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Serxio Peresi, üçüncü dövrədə isə Şarl Lekleri qabaqlayaraq liderliyə yüksəlib. Lakin sonda tək pit-stoplu strategiya seçən Corc Rasselldən sonra ikinci yerə razı olub.

Lyuis Həmilton: “Əvvəlcə komandanı və Corcu təbrik edirəm. Bu, bazadakı hamı üçün əla nəticədir. Bu həftəsonunun belə keçəcəyini gözləmirdik. Xüsusən də bir saniyə geridə qaldığımız cümə günündən sonra belə olacağını düşünməmişdik. Cümə günü gecə çox işlədik. Yay tətilindən əvvəl qələbə dublu etmək möhtəşəmdir.
Şəxsən bu qədər güclü olacağımızı gözləmirdim. Lider olmaq əla hiss idi. Təbii ki, sonda bir az şok olduq, amma bunu qəbul edib işimizlə məşğul olmalıyıq. İndi yay tətilinə əminliklə gedə bilərik. Ümid edirəm ki, mövsümün ikinci yarısına əla başlaya bilərik”.
Yeddiqat Dünya Çempionu strategiya ilə bağlı bunları deyib: “Corc əksər hallarda mənim yarışıma daxil deyildi. Əgər strategiya düzgün seçilsəydi, mənim yarışıma mane olmayacaqdı. yəni ki, bunu yaşamayacaqdıq. Amma bolidimizin güclü olması əla xəbərdir.
Olan oldu və hər şey geridə qaldı. Mən yoluma davam edirəm. İndi yay tətilinə gedib qəşəng istirahət edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et