Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışa altıncı yerdən başlasa da, tək pit-stoplu strategiya hesabına qələbəni bayram edib.
Düzü Lyuis Həmilton üçüncü dövrədə liderliyi ələ aldıqdan sonra heç kəs onun qələbəsinə şübhə etmirdi. Amma Corc Rassell qumar oynayaraq yarışı qazanıb. Həmilton isə sonlara qədər komanda yoldaşını qovsa da, sonda ikinci yerə razı olub.
Bu mövsüm ikinci qələbəsini qazanan Corc Rassell: “İnanılmaz nəticədir. Səhər strategiya ilə bağlı toplantı edərkən bu qələbəni qazanacağımızı düşünməmişdim. Boliddə özümü yaxşı hiss etdim. Cümə gecəsindən etibarən bir neçə dəyişiklik etdik. Davamlı deyirdim ki, bəlkə bir pit-stop edək. Sonda bu strategiya bizi yarı yolda qoymadı.
Lyuisi təbrik edirəm. Yarışa doğrudan da yaxşı nəzarət etdi. Əgər yarışda şərait başqa cür olsaydı, qələbəni bayram edərdi. Komanda üçün ilk iki yeri tutmaq əladır. Bu əsl komanda işi idi. Qumar oynadıq və bəxtimiz gətirdi, çünki maşında özümüzü əla hiss edirdik. Tempimiz də yaxşı idi”.
Şərh əlavə et