Kokpit.az bildirir ki, gözlənilən yağış şənbə günü üçüncü sərbəst yürüşlərdən qısa müddət əvvəl Spa trasına yağmağa başlayıb və sessiya yağış altında keçib.
Sessiyanın əvvəlində sürücülər yaşıl rənglə markalanmış keçid təkərlərini götürüblər. Lakin buna baxmayaraq əksər sürücülər trasdan çıxıb. Amma Ləns Stroll Qırmızı Su döngəsinin çıxışında trasdan çıxarkən idarəetməni itirib və bolidini zədələyib. Bundan sonra sessiya qırmızı bayraqlarla dayandırılıb. Sonradan sessiya yenidən başlasa da, yağış bərk yağsığı üçün qırmızı bayraqlar yenidən aktivləşib. Son iki dəqiqədə sürücülərə yenidən trasa çıxmaq icazəsi verilib.
Beləliklə Maks Ferstappen üçüncü sərbəst yürüşləri 2.01.565 zaman nəticəsi ilə lider tamamlayıb. Odkar Piastri ondan 1.4 saniyə geri qalaraq ikinci olub. Üçüncü yeri Alpine-dən Pyer qasli tutub və o liderdən 1.6 saniyə geridə qalıb. Dünəni lider bağlayan Lando Norris isə bu dəfə Maksdan 1.8 aniyə geridə qalaraq dördüncülüyə razı olub. Beşliyi isə Alpine komandasının digər sürücüsü Esteban Okon bağlayıb.
Bu beşliyi Şarl Lekler, Ləns Stroll, Valtteri Bottas, Lyuis Həmilton və Serxio Peres izləyiblər. Alek Elbon 11-ci, Niko Hülkenberq 12-ci, Fernando Alonso 13-cü, Daniel Rikkardo 14-cü, Yuki Tsunoda 15-ci, Quanyu Çjou 16-cı, Loqan Sarcent isə 17-ci yerləri tutublar.
Corc Rassell, Karlos Sayns və Kevin Maqnussen zaman nəticəsi göstərməyərək üçüncü sərbəst yürüşləri bitiriblər.
Belçika Qran Prisinin sıralanma turu bu gün Bakı vaxtı ilə 18:00-da baş tutacaq.
Şərh əlavə et