Kokpit.az xatırladır ki, meksikalı sürücü yağışlı havada keçən sıralanma turunda üçüncü olub. Lakin o, Maks Ferstappenin yarışın startında 10 yer itirməsi ilə sabahkı əsas yarışa ikinci yerdən start verəcək.
Serxio Peres sıralanma turundan sonra bu açıqlamanı verib: “Bəzi anlarda çox çətin gün idi. Belə hava şəraitində səhv etmək həmişə çox asandır. Son sessiyalarda bunu görmüşdük. Sonda hər şeyi bir araya gətirə bilmək doğrudan da gözəl idi. Heyif ki, son sessiya üçün yeni təkərlərimiz yox idi və bu da yaxşı dövrə vurmağımıza mane oldu.
Məncə, ikinci yer Spa üçün yaxşıdır. Keçən il Şarlla eynisi olmuşdu və buna görə də sabah da eynisini edib, onu ötməyə çalışacağam. Önümüzdə uzun yarış var və belə görünür ki, hava quru olacaq.
Həmişə dediyim kimi hət həftəsonu daha yaxşı performans göstərmək üçün yeni bir fürsətdir. Sabah daha yaxşı iş görüb, yarışı qazanmaq üçün əla fürsətimiz olacaq. Görək nə olur. Önümüzdə çox uzun yarış var. Təkər yeyilməsinə görə vəziyyətimizin çətin olacağını düşünürəm. Yarışla bağlı müəmmalar olsa da, içimdə yaxşı hiss var”.
Şərh əlavə et