Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Gözlədiyimizdən yaxşı idik

Ferrari-nin monakolu sürücüsü Spa trasında baş tutan sıralanma turunu ikinci yerdə başa vurub.

Kokpit.az bildirir ki, buna baxmayaraq, Lekler sabahkı yarışa pouldan başlayacaq. Çünki bu gün hamıdan sürətli olan Maks Ferstappen güc qurğusu dəyişikliyi səbəbiylə startda 10 yer itirəcək.

Şarl Lekler: “Nəticə keçən ilki kimidir, amma bu həftə sonu mən bunu gözləmirdim. Açığı, çətin şəraitdə gözlədiyimizdən də yaxşı çıxış etdik. Komanda üçün yaxşı gündür, indi sabaha diqqət yetirməliyik – görək yağış dayananda quru asfaltda necə olacaq?

Quru yolda biz yəqin ki, Mercedes-lə beşinci yer uğrunda mübarizə aparardıq, amma yağış bir az kömək etdi və mən şikayət edə bilmərəm. Final seansındakı nəticəmdən çox razıyam və yenidən birinci sıraya çıxdığım üçün xoşbəxtəm. İndi məsələyə son qoymaq lazımdır.

Bu trasda poul mövqeyini qorumaq asan deyil, amma görəcəyik. Hər başlanğıc fərqlidir və sabah maşına minəndə ən yaxşı şəkildə necə davranacağımı başa düşəcəyəm. Təbii ki, birinci yeri qorumağa çalışacağam”.

Elçin Zodorov

Şərh əlavə et