Kokpit.az xatırladır ki, 2019-cu ildə ilk qələbəsini Spada qazanmış monakolu sürücü cümə sərbəst yürüşlərində çətin gün keçirib. O, komanda yoldaşı Karlos Saynsı 0.261 saniyə qabaqlayaraq 4-cü yeri tutub.
Özümüzə köklənməliyik. Şənbə günü böyük ehtimalla yağış yağacaq, amma bazar günü tras quru olacaq. Buna görə də ən yaxşı balansı tapmağa çalışmalıyıq. Ümid edirəm ki, həm şənbə günü, həm də bazar günü ən yaxşı balansı taparıq.
Heyif ki, McLaren-ə nisbətən hər sektorda bir az çətinlik çəkirik. Sabah üçün sehirli həll yolumuz yoxdur. Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Belçika tətildən əvvəlki son yarışdır. Buna görə də mövsümün ilk yarısını ən yaxşı formada bitirməyi ümid edirəm”.
Şərh əlavə et