Kokpit.az bildirir ki, McLaren-in avstraliyalı sürücüsü də belə düşünür.
Oskar Piastri: “Demək istəyirəm ki, bu, onun önlərdən başlamasından daha yaxşıdır. Amma məncə buna görə onu hesabdan silə bilmərik. Spa onların son bir neçə ildə çox sürətli olduğu trasdir. İndi onlar bu həftəsonu yenidən sürətli görünürlər. Mən onun yarışda irəliləyiş əldə edəcəyini gözləyirəm, lakin startda yaxşı birbaşlanğıc mütləq bizə kömək edəcək – buna ümid edirəm”.
Qeyd edək ki, Maks son yarışlarda McLaren-in kölgəsində qalan maşını ilə 10 yer itirmə cəzasını da nəzərə alaraq, qalib gəlməyin çox çətin olduğunu deyib.
Xatırladaq ki, Belçika Qran Prisinin ikinci sərbəst yürüşündə ən yaxşı nəticəni McLaren komandasının pilotu Lando Norris, ikinci Oskar Piastri göstərib. Red Bull-dan Maks Ferstappen üçüncü olub.
Şərh əlavə et