Kokpit.az xatırladır ki, “gümüşü oxlar” Spa Frankorşamps trasına yeni diffuzor, altlıq kənarı, tarazlayıcı qanad, ön qanad və halo gətiriblər və bu həftəsonunun ən çox yenilik gətirən komandası olublar. Lakin yeniliklər gözlənilən effekti verməyib və hər iki sürücü də cümə günü ərzində problemlər yaşayıblar. Düzdür, dünən sazlanmalar üzərində işlər getsə də, yekunda Mercedes Spanın uzun düzlüyündə 0.9 saniyə vaxt itirib.
Bundan sonra komanda pis performansın səbəbi kimi yenilikləri görüblər. Cümə sessiyalarından sonra mühəndislər toplantı ediblər. Bundan başqa simulyatorda və bazada aparılan araşdırmalardan sonra yeni altlığın problemli olduğunu görüblər. Bundan sonra Almaniya təmsilçisi köhnə altlığa qayıtmaq qərarına gəlib.
Bu qərarın alınmasında yağışın da təsiri olub, çünki komanda sürücülərin maşına daha çox güvənməsini istəyib.
Komanda hələlik köhnə altlığa qayıtsa da, növbəti yarışlarda yeni altlığın test edilməsi gözlənilir.
Şərh əlavə et