Kokpit.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşləri zirvədə tamamlasa da, ikinci sərbəst yürüşlərdə üçüncü yeri tutub. Üçqat Dünya Çempionu ikinci sessiyada lider Lando Norrisdən 0.2 saniyə geridə qalıb.
Maks Ferstappen: “Çox şey sınadıq. Artıq təhlil edəcək yetərli qədər məlumatımız var. Buna görə də həftəsonuna yaxşı başladığımızı düşünürəm. Ancaq ikinci sessiyada bəzi şeyləri dəyişdirdik və sessiya pis bir az keçdi. Buna görə də bəzi şeyləri təhlil edəcəyik.
Sözün düzü burada birinci və üçüncü sektorlara görə düzlük sürətini arıtrmaq istəyirik, amma eyni zamanda döngə sürətini yaxşılaşdırmaq istədiyimiz ikinci sektor da var. Bu da düzgün balansı tapmağımızı çətinləşdirir. Yarışın startında yer itirəcətik və geridən başlayacağıq. Buna görə də bəzi şeyləri bir az da inkişaf etdirməliyik”.
Şərh əlavə et