Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Özümü rahat hiss etmədim

Belçikada cümə sərbəst yürüşlərini zirvədə tamamlayan McLaren komandasının sürücüsü Lando Norris bildirib ki, boliddə özünü tamamilə rahat hiss etməsi üçün bəzi şeyləri inkişaf etdirməlidirlər.

Kokpit.az xatırladır ki, Spada cümə günündən sonra poul üçün real namizədlər Maks Ferstappen və McLaren komandasının sürücüləridir.

Lakin Maks Ferstappen daxiliyanma mühərriyini dəyişdirdiyi üçün yarışın startında 10 yer itirəcək. 

Lando Norris: “Red Bull komandası çox sürətli görünsə də, yaxşı gün idi. Ancaq cümə günü boliddə özümü 100 faiz rahat hiss etmədim. Buna görə də şənbə günü üçün bəzi işlər görməliyik. Günü lider bağlasaq da, özümü tamamilə rahat hiss etmədim. Ümid edirəm ki, tempi daha asanlıqla tapa bilərik.

Bu həftəsonuna yaxşı hazırlanmışıq. Boliddə yaxşı nöqtə tapdıq, amma hissiyyat cəhətdən bir az da inkişaf etməliyik”.

Lando Norris əlavə edib ki, komanda asfaltayatma qüvvəsinin səviyyəsinə görə bir az qərarsız qalıb. Britaniyalı sürücü daha aşağı asfaltayatmaq qüvvəsi seçmək istəsə də, McLaren komandası hələ tam seçim edə bilməyib: “Hansı səviyyədə asfaltayatma qüvvəsi seçəcəyimizlə bağlı bəzi şübhələrimiz var. Ümumilikdə yağışa görə yüksək asfaltayatmaq qüvvəsi istəyərsiniz, amma bunun doğru olacağına əmin deyiləm. Bu barədə mühəndislərlə danışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et