Kokpit.az xatırladır ki, niderlandlı sürücü birinci sərbəst yürüşləri zirvədə tamamlasa da, ikinci sərbəst yürüşlərdə üçüncü yeri tutub. Üçqat Dünya Çempionu ikinci sessiyada lider Lando Norrisdən 0.2 saniyə geridə qalıb.
Bundan başqa Maks Ferstappen bu həftəsonu beşinci daxiliyanma mühərriyinə keçdiyi üçün yarışın startından 10 yer itirəcək. Bu hal “qırmızı öküzlər”in işini daha da çətinləşdirir.
Helmut Marko isə bildirib ki, onlar birinci sərbəst yürüşlərdən sonra sazlanmalarda dəyişikliklər ediblər və bu sazlanmalara onları geriyə salıb: “Birinci sərbəst yürüşlərdən sonra sazlanmaları dəyişdirdik, amma deyəsən o sazlanmalar daha yaxşı idilər”.
Maks Ferstappen Spa Frankorşampsın startında ilk dəfə yer itirmir. 26 yaşlı sürücü 2022-ci ildəki yarışa 14-cü yerdən, 2023-cü ildəki yarışa isə 6-cı yerdən başlasa da, hər iki halda qələbəni bayram etmişdi.
Lakin Helmut Marko düşünür ki, bu il qələbə qazanmaq onlar üçün elə də asan olmayacaq: “Məncə, bi çox çətin olacaq. Dəyişikliklər edib-etməyəcəyimizə baxacağıq. Mclaren-in sürətinə görə narahat deyilik. Boliddə düzgün balansı tapsaq, McLaren ilə mübarizə apara biləcək yeganə komanda bizik”.
Son günlərdə komandadan göndəriləcəyi ilə bağlı şayiələr çıxan Serxio Peres cümə gününü komanda yoldaşı Maks Ferstappenin 1 saniyə gerisində bağlayıb. Lakin Helmut Marko düşünür ki, iki sürücüyə də fərqli yanaşmaq lazımdır: “Bolidlərində fərqli sazlanmalar var idi. Buna görə müqayisə etmək çətindir”.
Serxio Peresin Red Bull-da qalması üçün bu həftəsonu yaxşı performans göstərməlidir. Maks Ferstappenin performansı da meksikalı pilot üçün meyar olacaq. Ancaq Helmut Marko bildirib ki, komandanın kriteriyaları çox yüksək deyil: “Çekodan sadəcə Maksa yaxın olmasını və yaxşı xallar qazanmasını istəyirik”.
Şərh əlavə et