Xəbəri Kokpitdə Oxuyun!

F2 spinrt yarışı bu gün axşama təxirə salınıb

Spa trasının yerləşdiyi ərazinin şıltaq iqlimi bu il də burada keçirilən yarış seriyalarına təsirini göstərib.

Kokpit.az xəbər verir ki, yağan güclü yağış şənbə günü Formula 2 sprintinin baş tutmasına imkan verməyib. Yarış rəhbərliyi hava şəraitinin yaxşı olacağına ümid edərək, start vaxtını bir neçə dəfə dəyişib, lakin sonda sprint təxirə salmalı olub.

Formula 1-in sıralanma turu baş tutarkən sözügedən sprint yarışının yeni başlama vaxtı məlum olub. Onun vaxtı elan edilən son vaxtdan 1 saat sonraya, Bakı vaxtı ilə 20:15-ə keçirilib.

Elçin Zodorov

Şərh əlavə et