Kokpit.az xatırladır ki, Quanyu Çjou sıralanma turunun ilk sessiyasında 17-ci dövrədə niderlandlı həmkarına mane olub. Stüardlar insidenti araşdırıblar. Belə nəticəyə gəliblər ki, Çjou yarış trayektoriyasında qalıb, lakin çox yavaş sürdüyü üçün arxadan gələn Maksa mane olub. Buna radioəlaqədəki problemin səbəb olduğu bildirilir.
İnsidentə görə Sauber-in sürücüsünə startda 3 yer itirmək cəzası verilib. Lakin bu formal xarakter daşıyır, çünki o, sıralanma turunu sonuncu yerdə başa vurub və onsuz da ən arxadan start alacaq.
Şərh əlavə et