Kokpit.az xatırladır ki, Alpine komandası Flavio Briatorenin gəlişindən sonra yenidən qurulur və onlar artıq öz motorlarını istehsal etməyəcəklər. Hələ rəsmi açıqlama olmasa da, Alpine-nin Mercedes motoruna keçməsi gözlənilir.
Bruno Famin: “Viridə yeni bir idman markası yaratmaq və bunu bütün dünyada tanıtmaq istəyirik. Bu həftəsonu Viridəki işçilərə yeni layihə təqdim olundu. Artıq Formula 1 üçün güc qurğusu yox, marka daxilindəki texnologiyanın inkişafı ilə məşğul olacağıq. Əgər bu layihə qəbul edilsə, Alpine komandası başqa istehsalçıdan motor alacaq və brendi inkişaf etdirmək üçün daha çox resursumuz olacaq.
Viridə təqdim edilən layihə 226-cı ildən sonrasını əhatəe dir. Bir neçə istehsalçı ilə danışıqlar aparırıq, amma hələ yekun qərar verilməyib. Fransız işçi birliklərinin tələblərinə riayət etməliyik. Sıx formada izləməli sosial proseslər var və bu prosesi tamamlamadan əvvəl qərar verə bilmərik”.
Şərh əlavə et