Xəbəri Kokpitdə Oxuyun!

Red Bull əvvəlki motor qapağına qayıdıb

Red Bull komandası Belçika Qran Prisində köhnə motor qapağına qayıdacaq

Red Bull İspaniyadan sonra ipləri yenidən əlinə almaq istəyir. Maks Ferstappen üç yarışdır ki qalib gələ bilmir və Macarıstan yarışında beşinci yerə razı olub.

Avstriya təmsilçisi  düzgün balansı tapmalıdır və Spa Frankorşamps bunun üçün vacib yarış olacaq, çünki Belçika Maksın son üç ildə qələbə qazandığı trasdır.

Komanda Belçikaya  eyni aerodinamik quruluşa malik iki avtomobil aparıb. Pyer Vaşenin rəhbərlik etdiyi texniki qrupun qərarına görə Macarıstanda Ferstappenin istifadə etdiyi mühərrik qapağı yox,  Perezin istifadə etdiyi mühərrik qapağı ilə yarışacaqlar.

Bu o deməkdir ki, gövdə hissəsindəki “bazuka” adlanan çıxıntılı dizayn Belçikada geri qayıdacaq. Bu əslində gözlənilən idi, çünki Belçikanın Macarıstan kimi isti olacağı gözlənilmir.

Rauf Hacıyev

Şərh əlavə et