Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferstappen cərimələnib

FİA Maks Ferstappenə Belçika yarışının startında 10 yer itirmə cəzası verib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu il güc qurğusunda yaşadığı problemlərə görə cəzanın kandarında idi. Red Bull komandası cəza üçün ən yaxşı trasın Spa olacağını düşünürdü.

Təhlillərdən sonra Red Bull komandası cəzanı Belçika Qran Prisində çəkmək qərarına gəlib və Maks Ferstappen yeni daxiliyanma mühərriyinə keçib. Niderlandlı sürücü bu cəzadan sonra bazar günü yarışın startında 10 yer itirəcək.
Bundan başqa RB komandasının sürücüsü Yuki Tsunoda tamamilə yeni güc qurğusuna keçdiyi üçün bazar günü yarışa ən geridən başlayacaq.
Alpine komandasından Esteban Okon və Williams komandasından Aleks Elbon bu həftəsonu dördüncü daxiliyanma mühərriyə, turboya, MGU-H və MGU-K generatorlarına keçiblər.

Rauf Hacıyev

Şərh əlavə et