Kokpit.az xəbər verir ki, boksdan ilk ayrılan sürücü soyutma sistemindəki problemə görə ilk sessiynı yarımçıq saxlayan Okon olub. Sürücülər həm ön qanadın müxtəlif sazlanmalarını sınaqdan keçiriblər, həm də hər üç tərkibdə işləyərək asfaltla ilişməni və onların effektliyini yoxlayıblar.
Sessiya olduqca sakit keçib, sadəcə heç bir şeylə nəticələnməyən bir neçə trasdan çıxma halı baş verib – demək olar ki, hamı artıq ruhən də olsa, məzuniyyətə başlayıb.
Bu dəfə Lando Norris sessiyanın və günün ən yaxşı nəticəsini təyin edib – 1:42.260. Komanda yoldaşı Oskar Piastri və çempionatdakı əsas rəqibi Maks Ferstappen ona o.2 saniyə fərqlə uduzublar.
Məşqlər sabah davam edəcək. Sonrasında isə sıralanma turu baş tutacaq.
Şərh əlavə et