Kokpit.az xatırladır ki, niderlandlı sürücü bu il beşinci daxiliyanma mühərriyinə keçdiyi üçün yarışın startında 10 yer itirəcək.
Maks Ferstappen: “Bu dəyişikliyin olacağını bilirdim. Buna görə də mənim üçün surpriz olmadı. Görək bazar günü yarışda nə qədər yüksələ biləcəyik. Ancaq bəzi traslarda yarışlarımız digərlərinə nisbətən daha yaxşı keçir.
Şəhər tipli trasda keçən yarışın startında yer itirmək istəməzsiniz. Belçikada əsas hədəfimiz zərəri minimuma endirmək olacaq. Xüsusilə son yarışlarda ən sürətli komanda olmadığımızı düşünsək, startda 10 yer itirdikdən sonra qələbə şansımızın olacağına inanmıram. Ancaq hər şey bir neçə dəqiqə ərzində tərsinə dəyişə bilər.
Buna görə də açıq danışacağam və yarışda əlimsən gələnin ən yaxşısını etməyə çalışacağam. Əsas məqsədimiz budur. Yəni ki, hazırda burada necə performans göstərəcəyimizi mən də bilmirəm. Cümə və şənbə günləri çox bərk yağış gözlənilir. Buna görə də hava haqqında məlumatı izləməli, həftəsonu ərzində inkişaf etməli və nə qədər güclü olacağımızı görməmiliyik”.
Sonuncu Macarıstan yarışında McLaren komandası qələbə dublu edərək yarışı qazanmışdı. Maks Ferstappen isə beşinci yerə razı olmuşdu. Niderlandlı sürücü düşünür ki, McLaren Belçika Qran Prisində də qalib gəlsə, çempionluq uğrunda mübarizə qızışmağa başlayacaq: “Əgər onların maşını güclü olsa və qazanmağa davam etsələr, çempionluq uğrunda mübarizə qızışacaq.
Lakin ancaq özümüzə fokuslanmalıyıq, çünki maşının performansını yaxşılaşdırmaq üçün daha yaxşı işlər görə biləcəyimizi düşünürəm. Buna görə də diqqətimi yalnız buraya yönəltmişəm. Əlbəttə, ağlımızda hələ çempionluq var, amma əsasən strategiyaya fokuslanmalıyıq”.
Qeyd edəl ki, Red Bull komandası və Maks Ferstappen son 3 yarışdır qalib gələ bilmir. Üçqat Dünya Çempionu bu yarışlarda iki dəfə beşinci, 1 dəfə də 2-ci yeri tutub.
Şərh əlavə et