Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen zirvəyə qayıdıb

Bu gün səhər yağış yağıb və Formula3-ə təsirsiz ötüşməyib. Yağıntının bir də bu gün axşam olacağı gözlənilir.

Lakin yağış ikinci sərbəst yürüşlərin vaxtına düşməməlidir və daha sonra yağması gözlənilir.

Kokpit.az xəbər verir ki, komandalar asfaltayatma qüvvəsini aşağı salacaq yeni qanadlarla Spaya gəliblər, Mercedes isə ümumiyyətlə tam aerodinamik yenilənmələrə gedib. FİA 2025-ci il reqlamentini hazırlayarkən lazım olacaq məlumatları əldə etmək üçün bir neçə komandanın ön qanadının altına kamera yerləşdirib.

Sürücülər daha çox Hard və Medium təkərlərlə işləyərək sazlanmalar axtarıblar. Sessiya sakit keçib. Rikkardo beşinci dəqiqədə ilk döngənin çıxışında yerində fırlanıb. Okonun soyutma sistemində baş verən problem məşqləri erkən başa vurması ilə nəticələnib.

Protokollara McLaren-dən Oskar Piastrini yarım saniyədən çox üstələyən Maks Ferstappen başçılıq edib – 1:43.372. Məşqlər bu gün axşam davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et