Kokpit.az xatırladır ki, Formula 1 komandalarının mövsüm ərzində izlədiyi yönlər fərqli olur. Ferrari də buna misaldır. İtaliya komandası mövsümün əvvəlində əsasən Red Bull-u kopiyalasa da, hazırda McLaren MCL38-ə keçid ediblər. Bunun da əsas səbəbi MCL38-in hər trasa uyğunlaşan universal maşın olmasıdır.
Son yarışlarda çətinliklər yaşayan Ferrari komandası boldiin performansını və stabilliyini artırmaq istəyir. İtalyanlar Spa trasına SF-24 üçün yeni arxa qanad gətiriblər və bu qanad daha az asfaltayatma qüvvəsi verir. Lakin bu qanad Kanadadakından fərqli dizayn edilib. Qanadın üst hissəsi Kanadada düz olduğu halda, Spada aşağı doğru qıvrılır.
Ferrari mühəndislərinin bu həftəsonu üçün hazırladığı bu qanad McLaren-in Silverstoundakı dizaynına çox bənzəyir. Bu dəyişikliyin Belçikada Qran Prisində böyük fərq yaratması gözlənilmir, amma bu yeniliklər onu göstərir ki, Ferrari RB20-dən başqa MCL38-i də kopiyalamağa başlayıb.
Şərh əlavə et