Kokpit.az bildirir ki, Mercedes komandası həftəsonuna ən böyük yenilik paketini gətirən komanda olub. “Gümüşü oxlar” Spa Frankorşamps trasına yeni diffuzor, altlıq kənarı, tarazlayıcı qanad, ön qanad və halo gətirib.
Son üç yarışda qələbə üzünə həsrət qalan Red Bull komandası Belçikaya əliboş gəlib. Eynilə Aston Martin də “qırmızı öküzlər” kimi yenilik gətirməyiblər.
Belçika Qran Prisinə gətirilən yeniliklər
- Red Bull: –
- Mercedes: Diffuzor, altlıq kənarı, tarazlayıcı qanad, ön qanad, halo
- Ferrari: Ön qanad, arxa qanad
- McLaren: Arxa qanad, tarazlayıcı qanad, arxa əyləc kanalı
- Aston Martin: –
- Alpine: Ön qanad, motor qapağı, əyləc kanalı, tarazlayıcı qanad, arxa qanad, güzgü
- Williams: –
- RB: Tarazlayıcı qanad, arxa kanad
- Sauber: Güzgü, altlıq çəpəri, ön qanad, arxa qanad, tarazlayıcı qanad
- Haas: Arxa qanad, tarazlayıcı qanad
Şərh əlavə et