Kokpit.az xatırladır ki, Haas komandası keçən həftə ilin sonunda Kevin Maqnussenlə yollarını ayıracaqlarını bildirmişdi. Bu gün isə onu əvəzləyəcək sürücünün adı məlum olub. Bu, son 5 mövsümü Alpine-də keçirmiş Esteban Okondur.
Haas komandasının rəhbəri Ayao Komatsu yeni tranferi Okonla bağlı bunları deyib: “Esteban Okonla müqavilə bağladığımız üçün doğrudan da çox xoşbəxtəm. Uzun illərdir ki, onun istedadının fərqindəyəm. Esteban Okon Formula 1-də özünü isbatlamış sürücüdür və yarış qalibidir. Sadəcə öz istedadı ilə yox, baza komandasında işləmə təcrübəsinə görə də bizə üstünlük qazandıracaq.
Gələn il Oliver Bermanın yanında təcrübəli sürücünün yarışması çox vacib idi. Estebanın hələ 27 yaşı var. Hələ gəncdir və isbat etməyə çox şeyi var. Ac və təcrübəli sürücü heyətimizin olduğunu düşünürəm. Estebanı 2025-ci ildə Haas komandasında görmək üçün səbirsizlənirəm”.
Haas komandasının Okonla çoxillik müqavilə bağladığı deyilsə də, bunun 2+1 illik olması gözlənilir.
Esteban Okon: “Formula 1 karyeramda yeni bir dövrə başlamaq və 2025-ci ildən etibarən Haas komandasına qoşulmaqdan qürur duyuram. Bu komanda ruhuna, iş əxlaqına cə son dövrlərdəki yüksəlişinə görə məni doğrudan da çox təsirləndirib. Çox hirsli və istəkli yarış komandasına qoşulacağam.
Mənə güvəndikləri və dəstəklədikləri və son bir ayda düzgün, faydalı danışıqlar üçün Cin Haas ilə Ayao Komatsuya təşəkkür etmək istəyirəm. Haas Formula 1 komandasının gələcək üçün həyəcan verici planları və qəti hədəfləri var. Mən də bu komandanın işçiləri işləyib, bu layihənin bir parçası olmaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Haas komandasının hazırkı pilotlarından Biko Hülkenberq növbəti mövsüm Sauber-də yarışacaq. Kevin Maqnussenin isə başqa seriyalara getməsi gözlənilir.
Şərh əlavə et