Kokpit.az xəbər verir ki, hazırkı dünya çempionu artıq dörd daxili yanma mühərriki, turbin, MGU-H və MGU-K-dan istifadə edib ki, bu da mövsüm üçün icazə verilən maksimum rəqəmdir, ona görə də bu elementlərdən hər birinin yenisinin quraşdırılması cərimə ilə nəticələnəcək.
Racingnews365-in əldə etdiyi məlumata görə, Red Bull Belçikada niderlandlı sürücünün maşınına beşinci daxili yanma mühərriki quraşdırmaq qərarına gəlib. Bu, bazar günü yarışın startında 10 yer itirilməsi ilə nəticələnəcək.
Komandalar çoxlu ötmə fürsətləri təqdim edən bu trasda güc qurğusunun hissələrini tez-tez dəyişirlər. Bununla belə, Red Bull Racing-in hazırkı formasını və rəqiblərin son yarışlardakı performanslarını nəzərə alsaq, Maksın itirdiyi bütün 10 yeri geri qazanması asan olmayacaq…
Şərh əlavə et