Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər artıq ona daha çox inanır…

Unibet bukmeyker kontoru qarşıdan gələn Belçika Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

Kokpit.az bildirir ki, uzun müddətdən sonra ilk dəfə bir yarışa əsas favprit kimi Maks Ferstappen yox, başqa sürücü göstərilir – yay fasiləsindən öncə son yarışda Lando Norrisin qələbəsinə daha çox etimad edilir və bu ikilinin əmsalları arasında fərq azdır. Son yarışın qalibi Oskar Piastri isə reytinqdə üçüncü yerdədir…

Lando Norris – 2.25
Maks Ferstappen – 3.00
Oskar Piastri – 4.50
Lyuis Həmilton, Corc Rassell– 15.00
Şarl Lekler– 26.00
Karlos Sayns – 34.00

Lakin son üç ilin dünya çempionunun titulunu qoruyacağına əminlik davam edir. Onun şansları Landodan 4 dəfədən də çox qiymətləndirilib. Britaniyalı sürücünün əmsalının sürətlə endiyini də nəzərə almaq lazımdır. Bu reytinqdə üçüncü olan Piastrinin çempionluq ehtimalına verilən əmsalı isə formal hesab etmək olar…

Maks Ferstappen – 1.15
Lando Norris – 5.00
Oskar Piastri – 101.00
Şarl Lekler – 151.00
Karlos Sayns, Lyuis Həmilton, Corc Rassell, Serxio Peres – 501.00

Uzun illərdir Mühəndislər Kubokuna əsas favoritin dəyişilməz adı olan Red Bull komandasının son dövrlərdə qarşılaşdığı problemlər nəzərə alınıb və titula ən yaxın komanda kimi hazırda McLaren-ə üstünlük verilib.

McLaren – 1.75
Red Bull – 1.95
Ferrari – 41.00
Mercedes – 51.00
Aston Martin, RB – 4501.00
Alpine, Sauber, Williams, Haas – 5001.00

Elçin Zodorov

Şərh əlavə et