Bruno Faminin Alpine komandasındasının rəhbəri kimi fəaliyyəti tezliklə başa çatır. Bir il əvvəl Belçika Qran Prisi zamanı Bruno Famin komandanın rəhbəri təyin edilmişdi.
Famin əvvəlcə bu vəzifəni “bir müddətlik” üzərinə götürmüşdü, lakin sonradan onun vəzifəyə daimi olaraq keçdiyi açıqlanmışdı. İndi Famin üçün komanda rəhbərliyi müddəti başa çatır, çünki Alpine-nin bu vəzifə üçün yeni namizədi var.
Komanda bu barədə heç bir açıqlama verməyib, lakin Britaniya mətbuatına görə Famini gənc Oliver Ouksun əvəzləyəcəyi gözlənilir.
Alpine daha əvvəl 36 yaşlı britaniyalıya təklif göndərmişdi, lakin Ouks Formula 2 və Formula 3 yarışlarında iştirak edən HiTech-in komanda rəhbəri olmuşdu.
Qeyd edək ki, Ouks sabiq kartinq çempionudur və o Alpine-də vəzifəyə başlasa, paddokdakı ən gənc komanda rəhbəri olacaq. Hələlik Alpine və Ouksdan rəsmi açıqlama gəlməyib, lakin rəsmi açıqlamanın tezliklə gəlməsi gözlənilir.
Şərh əlavə et