Xəbəri Kokpitdə Oxuyun!

Alpine komanda rəhbərini dəyişir?

Alpine komandasının rəhbəri Bruno Faminin tezliklə vəzifəsindən getməsi və onun əvəzinə yeni rəhbərin gəlməsi gözlənilir.

Kokpit.az xatırladır ki, Bruno 2023-cü ilin Belçika Qran Prisində Otmar Safnaueri əvəzləmişdi. Bir ildən sonra Alpine yenidən komanda rəhbərini dəyişməyə hazırlanır. Belə ki, Bruno Faminin Belçika yarışından sonra komanda rəhbərliyindən ayrılması gözlənilir.

Lakin Brunonun Alpine ya da Renault-da işləməyə davam etməsi və başqa vəzifəyə keçməsi gözlənilir. Flavio Briatore Renault-nun rəhbəri Luka de Meonun məsləhətçisi olduqdan sonra Alpine-də hər şey dəyişməyə başlayıb. Briatore Alpine komandasında dəyişiklik edir və bunu işi çox peşəkarcasına görür.

Məsələn, Briatore tezliklə Renaul motoru ilə sağollaşıb, Mercedes müştəri motorlarına keçmək istəyir. İndi isə komanda rəhbərini dəyişmək vaxtıdır və Flavio bir neçə namizədlə danışıqlara başlayıb. Famini kimin əvəzləyəcəyi isə tezliklə açıqlanmalıdır. Briatorenin öndərlik etdiyi Alpine növbəti həftələrdə başqa ciddi qərarlar alacaq.

Rauf Hacıyev

Şərh əlavə et