Xəbəri Kokpitdə Oxuyun!

Alpine Belçikada xüsusi rənglə yarışacaq

Alpinekomandası çərşənbə günü bütün dünyada nümayiş olunan yeni Marvel filmi Deadpool & Wolverine-dən ilhamlanaraq Belçika Qran Prisi üçün avtomobil dizaynını təqdim edib.

Rayan Reynolds və Hyu Cekmənin baş rollarda oynadığı super qəhrəman filmindən ilhamlanaraq, Alpine komandası filmin dünya miqyasında nümayişini qeyd etmək üçün bir yarışlıq rəng çaları hazırlayıb.

Filmin baş rolunda oynayan Rayan Reynolds keçən il Alpine-in səhmlərinin 24 faizini alan böyük bir investor qrupunun üzvüdür. Komanda Deadpool-un geyiminə, eləcə də 2000-ci ildə Cekmanın ilk görünüşünə uyğun gəlmək üçün əsasən qırmızı və qara rənglərdən istifadə edib. Onun X-Men personajı Wolverine-nin simvolik kəsiklərindən istifadə edilib.

Bu həftə sonu hər iki Alpine pilotu dəbilqə rənglərini dəyişəcək; Esteban Okon biryarışlıq dəbilqə ilə  Deadpool maskasına bürünəcək, Pyer Qasli isə sarı və qara Wolverine-dən ilhamlanmış dizaynla yarışacaq.

Rauf Hacıyev

Şərh əlavə et