Kokpit.az xatırladır ki, belçikalı sürücü son illərdə Aston Martin Formula 1 komandasının ehtiyat və test pilotluğunu edir. Komanda simulyatorunda gərgin formada işləyən Ştoffel Vandorn Belçika Qran Prisindən sonra keçiriləcək ikigünlük Pirelli testində Aston Martin ilə trasa çıxacaq. Test iyulun 30-31-də Spa-da keçiriləcək və Vandorn ilk dəfə AMR24-ün sükanı arxasına keçəcək.
Ştoffel Vandorn: “Növbəti həftə Spa-da AMR24-ü ilk dəfə sürmək üçün səbirsizliklə gözləyirəm. Bir Formula 1 bolidinin sükanı arxasına qayıtmaq xüsusi hissdir. Ölkəmdə Formula 1 maşını sürmək isə mənim üçün xüsusi olacaq. Pirelli-yə geri bildirim vermək üçün fərqli təkər tərkiblərindən istifadə edəcəyik”.
Xatırladaq ki, Ştoffel Vandorn 2017-2018-ci illərdə McLaren ilə Formula 1-də yarışmış, daha sonra isə WEC və Formula E seriyalarında mübarizə aparmışdı.
Şərh əlavə et