Kokpit.az xəbər verir ki, iclasda bir sıra məsələlər, o cümlədən ilk on iki sürücünün yarışın finişində xal alması üçün xal sisteminin dəyişdirilməsi təklifi, 2025-ci ildə avtomobilin minimum çəkisinin artırılması məsələləri və 2026-cı il mövsümünə qədər testlərin qrafiki müzakirə edilib. Görüşdən sonra FIA nəticələri yekunlaşdıran bəyanat dərc edib.
Xal Sistemi
Səsvermənin nəticələrinə əsasən, mövcud bal sisteminin dəyişdirilməməsi barədə yekdil qərar qəbul edilib.
2026-cı il üçün qış testləri
Böyük reqlament yeniliklərinin gətiriləcəyi 2026-cı ildə 3 ədəd 3 günlük – ümumi 9 günlük mövsümöncəsi testlər baş tutacaq.
2026-cı ilin reqlamentinə dəyişikliklər
Əsas məqsədin pərəstişkarları cəlb etməyə davam edəcək yaxın mübarizələrə imkan verən həyəcanlı yarışa nail olmaq olduğunu bildirilərək 2026-cı il üçün reqlamentin ümumi strateji məqsədləri təsdiqlənib. Texniki, idman, maliyyə və ekoloji məsələləri əhatə edən 2026-cı il üçün normativ aktların qəbulu vaxtı onların haqqında yenilənmiş məlumat verilir. Bundan əlavə, FİA-nın reqlamentlərin işlənib hazırlanması üzrə bütün komandalarla əməkdaşlığının düzgün istiqamətdə və qrafik üzrə getdiyi təsdiqlənir.
Texniki və İdman Məsləhət Komitəsinin qarşıdakı iclasları zamanı əlavə müzakirələrdən sonra idman və texniki reqlamentin yenilənmiş 2026-cı il versiyası oktyabrın 17-də Ümumdünya Şurasına təqdim olunacaq. 2026-cı il mövsümünün müzakirəsi üçün Formula 1 Komissiyasının növbədənkənar iclasının oktyabrın 2-də keçirilməsi planlaşdırılır.
Maliyyə reqlamenti
Təsdiq edilmişdir ki, analıq/atalıq məzuniyyəti, xəstəlik məzuniyyəti və komandanın əyləncəsi ilə bağlı xərclər büdcə limitlərinə daxil edilməməlidir.
Yuxarıda sadaladığımız dünən qəbul edilən bütün dəyişikliklər FIA Dünya Şurası tərəfindən rəsmi şəkildə təsdiqlənməlidir.
Şərh əlavə et