Kokpit.az Almaniya mətbuatına istinadən bildirir ki, Aston MArtin aerdinamikanın atası sayılan Ədriana növbəti mövsüm üçün illik 100 milyon avro maaş təklif edib.
Qeyd edək ki, əfsanəvi mühəndis gələn ilin ilk rübündə Red bull-dan ayırlacaq. Almaniya mətbuatı xəbər verir ki, Aston Martin Ədrian Nyuini transfer etmək üçün əsas favoritdir. Komandanın sahibi Lourens Stroll britaniyalı mühəndisi Ferrari-dən qapmaq üçün dörd il boyunca 100 milyon avro maaş təklif verib.
Ədrian Nyui gələcəyi barədə qərar veməyə tələsmir, amma bir az fasilədən sonra yenidən karyerasına davam etmək istəyir: “Ayrılacağımı dedikdən sonra digər komandaların marağı mənim üçün surpriz olmadı, amma gələcəyim barədə qərar verməyə tələsməyəcəyəm. Formula 1-də yenidən işləmək istəyib istəmədiyimə qəarar vermək üçün fasiləyə ehtiyacım var. Amma paslanmaq da istəmirəm.
Lyuis Həmilton və Fernando Alonso kimi işləmək istədiyim bəzi pilotlar var, amma hazırda bir araya gəlmək üçün doğru yer və zaman olmadı. Gələcəkdə nə olacağını bilmirəm, amma bu yay Formula 1 yarışları üçün Avropanı gəzmək əvəzinə ailəmlə vaxt keçirəcəyəm. İyun ayında həyat yoldaşım Mendi, mən və iki itimizlə cənub sahillərində gəzintiyə çıxdıq. Çox əyləndik”.
Şərh əlavə et