Kokpit.az xatırladır ki, Ferrari komandası Macarıstan Qran Prisində dalğalanma problemlərini azaldıb, asfaltayatma qüvvəsini artıran yeni bir altlıq sınamışdı.
Şarl Lekler yarışda dördüncü olmuş və yeniliklərin işlədiyini demişdi. Lakin monakolu sürücü düşünür ki, Spa onlar üçün daha ciddi bir sınaq olacaq.
Şarl Lekler: “Yeniliklər işə yaradı, amma yetərli qədər yox. Bütün həftəsonunu dəyərləndirsək, sıralanma turunda tempimiz zəifdir və yarışda bunun cəzasını çəkirik. Yekunda yarışda güclü olsaq da, yarışda pis yerdən başlayırıq deyə yuxarı pillələri tuta bilmirik.
Spa-dakı yarış bizim üçün əls test olacaq, çünki orad abütün problemlərimiz aşkar formada üzə çıxacaq. Problemlərimizin nə yerdə olduğunu daha yaxşı görəcəyik. Bəlkə də Macarıstanda götürdüyümüz yeni altlıq bizə kömək edər”.
Şərh əlavə et