Xəbəri Kokpitdə Oxuyun!

McLaren indi də gözünü Spa-ya dikib

McLaren komandasının sürücüsüləri Lando Norris və Oskar Piastrinin növbəti hədəfi Belçika yarışımdan da yaxşı xallarla qayıtmaqdır. 

Kokpit.az xatırladır ki, McLaren komandası Macarıstan yarışında ilk iki yeri tutaraq, qələbə dublu edib.

Lando Norris: “Növbədə Spa yarışı var və ora mənim üçün xüsusi trasdır. Böyük ehtimalla ən çox sevdiyim traslardan biridir. Orada yarışmaqdan həzz alan tək pilot olmadığımı bilirəm. Çətin trasdır və havanın necə olacağını əvvəldən proqnozlaşdırmaq çətindir.

Keçən həftəsonu bizim üçün əla keçdi. Bolid mükəmməl idi və mövsümün birinci yarısını bağlamaq üçün əla vəziyyətdəyik. Bolidə geri qayıdaraq daha çox xal qazanmaq üçün səbirsizlənirəm”.

McLaren komandasının digər sürücüsü Oskar Piastri isə Macarıstanda ilk qələbəsini qazanmışdı. Gənc sürücünün bu həftəsonu əsas hədəfi yaxşı xallar əldə etməkdir: “Formula 1-dəki qələbədən sonra keçirdiyim gün inanılmaz idi. Hamıya dəstəklərinə və nəzakətli mesajlarına görə təşəkkür etmək istəyirəm. Bütün komanda üçün əla həftəsonu oldu, amma əsas məqsədimiz artıq yay tətilindən əvvəlki son yarışda yaxşı nəticə qazanmaqdır. Spa Frankorşamps mənim favorit trasımdır. Buna görə də ora getmək üçün səbirsizlənirəm. Bizim üçün necə olacağını proqnozlaşdırmaq çətindir, amma hazırda güclü vəziyyətdəyik. Növbəti dəfə yaxşı xallar qazanmaq istəyirik. Mövsümün ilk yarısı əla keçdi. İndi bu tempimizi bu həftəsonu daşıyacağəq. Görək nə edirik”.

 

Rauf Hacıyev

Şərh əlavə et