Xəbəri Kokpitdə Oxuyun!

Montsa ilə müqavilə hələ yenilənməyib

İtaliyanın milli federasiyası olan ACI-nin rəhbəri Montsada keçirilən İtaliya Qran Prisinin müqaviləsinin hələ uzadılmadığını təsdiq edib.

Kokpit.az xəbər verir ki, italyan mütəxəssis trasda görülən yenidənqurma işlərindən bəhs edərkən bu fakta toxunub.

Ancelo Stikki Damiani: “Bizim 1 iyula qədər vaxtımız var idi. FIA-nın yoxlaması yaxşı keçdi və onlar işimizi təriflədilər, lakin bəzi kiçik təkliflər verdilər. İndi növbəti son tarix 1 avqustdur. Montsanın tarixindəki ən böyük yenidənqurma arxada qaldı. Birinci prioritetimiz yerli rəhbərlərin əmri ilə tamaşaçıların təhlükəsiz çıxışını təmin etmək idi. Nəhayət, gözləniləndən qat-qat çətin olduğu ortaya çıxan bu işi yerinə yetirmək imkanımız oldu. Yağışlı qış məhsuldar işə kömək etməsə də, işlərimizi gördük.

Ötən illər ərzində əhəmiyyətli iş tələb edən yeni antiseysmik standartlar qüvvəyə minmişdir. Mövcud strukturları gücləndirmək üçün minimal invaziv bir həll tapıldı. İtaliya Qran Prisinin gələcəyini təmin etmək üçün biz Formula 1 ilə müqaviləni mümkün qədər tez uzatmalıyıq, indiki müqavilənin müddəti bir ildən bir qədər çoxdur, burada biz qrafikdən geri qalmışıq. Müqavilə bəzi işlərin 2025-ci ildə, digərlərinin isə 2026-cı ildə tamamlanmasını təmin etməlidir. Biz bir az narahatıq və bu müqaviləni bütün lazımi zəmanətlərlə bağlamağa tələsməliyik.

Digər mühüm vəzifə, demək olar ki, 5000 kvadratmetr sahəsi olan hazırkı mətbuat mərkəzinin Paddock Club-ın genişləndirilməsinə çevrilməsidir. Bu, Formula 1 üçün çox vacibdir, çünki yüksək gəlirli binalar təmin edəcək. Biz, əlbəttə ki, yeni mətbuat otağı yaradacağıq və köhnə ofislərin təyinatını dəyişdirərək artıq uyğun binalar tapmışıq. Yeni stendlərin tikintisi təsdiqini gözləyir. Hər bir bina kondisioner, restoranlar və sanitar qovşaqlarla təchiz olunmuş müstəqil bölmə olacaq”.

Elçin Zodorov

Şərh əlavə et