Kokpit.az xatırladır ki, fransalı sürücü ilin sonunda Alpine komandasından ayrılacaq və böyük sürpriz olmasa onun növbəti mövsüm Haas-da yarışması gözlənilir. Əksəriyyət düşünür ki, tərəflər artıq müqavilə də imzalayıblar.
Esteban Okon: “Bu barədə deyəcək heç bir sözüm yoxdur. Hələ bunun üzərində işləyirik və tamamlananda ilk siz öyrənəcəksiniz. Ümid edirəm ki, tezliklə hər şey nəticələnər”.
Jurnalistlər Esteban Okondan komandadakı ab-havanı soruşublar: “Əvvəlkinə bənzəyir. Heç də yaxşı olmayan bir yarışı geridə buraxdıq. Maşının performansı istədiyimiz kimi deyildi. Bəzi şeyləri ən yaxşı halına gətirə bilmədik. Çempionatda digər komandalara qarşı çox xal itirdik və bu, pis haldır.
Buna görə də özümüzə gəlməyə çalışacağıq və yaxşı həftəsonu keçirmək üçün işləməyə davam edəcəyik. Mənim tərəfimdə işləməyə davam edirik. Komanda ilə işim əngəllənməyib. Bütün cəhərlərdən yaxşı məlumatlandırılıram. Belə də olmalıdır yoxsa inkişaf edə bilmərik”.
Şərh əlavə et