Kokpit.az xatırladır ki, meksikalı sürücü cümə sərbəst yürüşlərində beşliyə düşərək, fanatlarını ümidləndirmişdi. Lakin bu uzun çəkmədi və 34 yaşlı pilot Hunqarorinqdəki sıralanma turunun birinci sessiyasında qəza etdi. Yekunda 16-cı yeri tutan Çeko mübarizəni elə birinci sessiyada dayandırdı.
Əslində bu qəza Serxio üçün heç də yaxşı olmadı, çünki o, Monako yarışından bəzi cəmi 14 xal toplaya bilib. Buna görə də əksəriyyət düşünürdü ki, onun Red Bull komandasındakı gələcəyi Macarıstan və Belçika yarışlarından asılıdır. Lakin Çeko bu qəza ilə öz gələcəyini təhlükə altına atıb.
Bu qəzaya baxmayaraq, Serxio Peres yenə də nikbin görünüb: “Maşının idarə etməsini itirdim. Deyəsən kerbə çırpıldım. O əsnada səkkizinci döngədə bərk yağış yağırdı. Kerbə çərpılanda məni birbaşa yaş hissəyə göndərdi. Yenə də hər şey qaydasındadır. Ayağımda bir az ağrı var, amma bundan başqa hər şey qaydasındadır və yarışa hazıram.
Hazırda ən ehtiyac duymadığım bir anda belə bir qəza yaşadım. Hava və tras şəraitini dəyərləndirmək çətin idi. Bərk yağış yağsa da asfaltla ilişmə zəif deyildi. Dövrəvi nəticəmi yaxşılaşdırırdım. Sözün düzü vəziyyətim yaxşı idi. Dövrə vurmağa ejtiyac yox idi, amma həmişə bir hadisə baş verəndən sonra həmişə bir fikir yaranır.
Bunun həddən artıq limitdə sürməklə əlaqəsi yoxdur. Geriya döneb baxanda o dövrəni vurmağa ehtiyac yox idi. Bu bir reallıqdır. Bunu nəzərdən keçirəcəyik. Amma belə hava və tras şəraiti hamıya təsir edə bilər. Heyif ki, ardıcıl olaraq iki dəfə. mən bu hala düşdüm. Ancaq hər şeyi öz xeyrimə çevirməyə qərarlıyam. Belə çətin qəzadan sonra mətbuatın qarşısına çıxmaq təbii ki, çox çətindir. Amma geriyə dönüb baxanda onu deyə bilərəm ki, hər şey daha da gözəl olacaq.
Bunun yenidən baş verməsi doğrudan da məni məyus edir. Ancaq bu vəziyyəti öz xeyrimə dəyişməyə qərarlıyam, çünki cümə günü doğrudan da yaxşı performans göstərdiyimə inanıram. Həmin gündən sonra çox umidli idim. Buna görə də yarış tempində yaxşı məlumatımızın olduğunu düşünürəm. Ümid edirəm ki, yarışda yaxşı temp tutaram və yaxşı xallar qazanaram”.
Serxio Peres əlavə edib ki, gələcəyi barədə narahat deyil: “Xeyr. Daha əvvəl də dediyim kimi. Heç bir şey dəyişməyib. Narahat deyiləm. Hər şeyi öz xeyrimə dəyişməyə və performansıma köklənməyə qərarlıyam. Doğrudan da inkişaf edirik. Cümə günü böyük ehtimalla bu mövsümün ən yaxşı cümə günü idi. Yəni tunelin ucunda işıq var. Amma bu problemıəri geridə qoymalıyıq və ümid edirəm ki, bazar günü bizim üçün yaxşı keçər. Sadəcə təmiz bir həftəsonuna və təmiz hava və tras şəraitinə ehtiyacım var”.
Qəzada Serxio Peresin maşını ciddi ziyan görüb. Lakin Çeko bildirib ki, onların yetəir qədər ehtiyat hissələri var: “Bəli. Yarış üçün lazımi hər şeyə sahibik”.
Red Bull komandası Hunqaroinq trasına motor qapağı, halo, arka əyləc, ön qanad, ön asılqan yenilikləri ilə gəlib. Buna baxmayaraq bu yenilikləri Maks Ferstapen götürüb. Serxio Peres isə köhnə paketlə yarışıb. Meksikalı sürücünün bu yenilikləri Belçikada istifadə edib-etməyəcəyi sualına isə o belə cavab verib: “Məncə, bu paketi daha çox asfaltayatma qüvvəsi tələb edən traslarda istifadə edəcəyik. Buna görə də inanmıram ki, bu yeniliklər Spa-da istifadə olunsun”.
Serxio Peres komandanı pis vəziyyətdə qoyduğu üçün məyusdur: “Deyəcək spzüm yoxdur. Yəni ki, komandanı məyus etdiyim üçün çox pis oldum. Komandanı pis vəziyyətdə qoyanda sürücü kimi çox məyus olursunuz, amma təslim olmayacağam. Vəziyyəti öz xeyrimə dəyişmək üçün doğrudan da əlimdən gələnin ən yaxşısını edəcəm və Mühəndislər Kuboku üçün bacardığım qədər bərk sürəcəm”.
Şərh əlavə et