Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Ferstappen cəza almayıb

Red Bull komandasının sürücüsü Maks Ferstappen Macarıstan yarışında Lyuis Həmiltonla təmasına görə cəza almayıb.

Kokpit.az xatırladır ki, Red Bull yarışda strategiyada səhv qərarlar verib və bunun nəticəsində Ferstappen beşinci yerə qədər geriləyib. Lakin niderlandlı sürücü təslim olmayıb və yüksəlməyə başlayıb. 

Yarışın sonlarında o, Həmiltona yaxınlaşıb və birinci döngədə rəqibinə hücum edib. Bu əsnada Maks təkərlərini bloklayıb və britaniyalı sürücünün sağ ön təkərlərinə çırpılıb. Təmasdan sonra Ferstappenin maşını havalanıb və tras xaricinə uçub. Buna baxmayaraq üçqat Dünya Çempionu trasa qayıdıb və yarışı beşinci yerdə bitirib. Lakin stüardlar yarışdan sonra bu insidentə görə  Maks Ferstappeni çağırıblar.

Stüardlar Maks vıLyuisi dinləyib, lazımi görüntülərə baxdıqdan sonra niderlandlı sürücüyə cəza verməmək qərarı alıblar.

Stüardlar belə açıqlama veriblər: “1 nömrəli maşının sürücüsü 44 nömrəli maşının sürücüsünün əylənmə zamanı yön dəyişdirdiyini iddia edib, amma 44 nömrəli maşın normal yarış trayektoriyasında gedib. (bu qərar əvvəlki dövrələrə aid video və telemetriya məlumatlarına görə təsdiqlənib)

1 nömrəli maşın insidentdən əvvəl ilk döngəyə yaxınlaşarkən iki ön təkərini blokladığı, amma tipik ötmə əməliyyatı etmək üçün normal döngə trayektoriyasını qaçırdığı aydındır.

44 nömrəli maşının sürücüsü bunu yarış qəzası kimi dəyərləndirir. 1 nömrəli maşının sürücüsü isə deyir ki, əylənmə zamanı yön dəyişikliyi olub. Stüardlar bu insidentin “əylənmə zamanı yön dəyişikliyi” olduğunu düşünmür. Ancaq düşünürük ki, 44 nömrəli maşın insidentin qarşısını almaq üçün daha çox səy göstərə bilərdi. Buna görə də hər iki sürücünün də qüsurlu olduğunu düşünmürük və cəza verməməyi qərara alırıq”.

Rauf Hacıyev

Şərh əlavə et