Kokpit.az xatırladır ki, niderlandlı sürücü yarışın sonlarında Lyuis Həmiltonu keçməyə çalışarkən iki sürücü təmas yaşayıblar. Bu təmasdan sonra Ferstappenin maşını uçub və az qala bariyerlərə çırpılıb.
Lyuis Həmilton yoluna davam edib üçüncü yeri tutduğu halda, Maks Ferstappen beşinciliyə geriləyib. Ancaq stüardlar düşünürlər ki, Maks potensial olaraq qəzaya səbəbiyyət verib və buna görə də onu yanlarına çağırıblar. Üçqat Dünya Çempionu zaman cəzası alsa, daha bir pillə itirə bilər.
Şərh əlavə et