Xəbəri Kokpitdə Oxuyun!

Norris şənbə gününə də yaxşı başlayıb

Göy üzünün buludlarla örtülməsi və havanın sərinləşməsi çoxlarının sevincinə səbəb olub. Lakin bu iştirakçılar üçün çox da yaxşı deyil, çünki yarış üçün isti hava vəd edilib.

Kokpit.az bildirir ki, sürücülərin trasa çıxmağa tələsməməsi tribunalarda narazılıqla qarşılanıb. Sonra onlar yavaş-yavaş boksları tərk etməyə başlayıblar və yumşaq təkərlərlə qısa dövrələr vurublar.

Hülkenberq və Sayns üçüncü sektorda toqquşmaqdan son anda yayınıblar – sürətli dövrəyə hazırlaşan Karlos və trasda yavaş hərəkət edən Nikonun insidenti ciddi nəticələnə bilərdi.

Qasli, Stroll və Ferstappen ilk döngədə trasdan çıxıblar. Həmilton doqquzuncu döngədə bordürün üstünə çıxaraq yerində fırlanıb, lakin yoluna davam edə bilib. Çjou ötürmələr qutusunda problem yaşayıb və yavaş-yavaş pit yoluna qayıdıb.

Protokollara dünən ikinci məşqlərdə olduğu kimi, bu dəfə də Lando Norris başçılıq edib – 1:16.098. Bizi startdakı yerlərin çox əhəmiyyət daşıdığı, ötmələrin çətin olduğu Hunqarorinq trasında olduqca maraqlı və gərgin sıralanma turu gözləyir…

Elçin Zodorov

Şərh əlavə et