Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Əlimdən gələni etdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, əlindən gələni etsə də, geridə qalıb. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Red Bull-un gətirdiyi yeniliklərə baxmayaraq, McLaren sürücülərindən geridə qalaraq 3-cü olub.

Maks Ferstappen: “Əlimdən gələni etdim. Bütün həftəsonu ərzində bir az geridə idik. Sıralanma turunda da vəziyyət belə idi. Mümkün qədər yaxınlaşmağa çalışdım, amma heyif ki, bəs eləmədi. Bunun səbəbini anlamaq çətindir. Bir az da asfaltla ilişmə istəyərdim, amma hazırda buna sahib deyilik. Üçüncü yerdəyik. Ön tərəfə yaxınıq, ancaq ümid edirəm ki, yarışda maşınımız daha yaxşı olar. Ən azından onları izləyə bilər və nələr edə biləcəyimizi görərik.
Əlbəttə, mübarizəni sevirəm, amma zirvədə olmaq istəyirəm. Hazırda qvan tərəf olduğumuzu və çətin həftəsonu keçirəcəyimizi hiss edirəm. Mübarizədən çəkinmirəm, amma hazırda yaxşı vəziyyətdə deyilik”.

Rauf Hacıyev

Şərh əlavə et