Kokpit.az xatırladır ki, britaniyalı sürücü 1.17.788 zaman nəticəsi ilə Hunqarorinqdə cümə gününü zirvədə tamamlayıb.
Lando Norris ilk gündən razı qalsa da, isti hava şəraitinə görə şikayətlənib. 26 yaşlı sürücü düşünür ki, isti hava bu həftəsonu hamı üçün böyük çətinlik olacaq: “Sürətli olduğumu hiss edirəm, amma əsas bunu lazım olanda göstərməkdir. Bəzən sürüşü asan olan maşına sahib olarsınız. Amma əksər hallarda limitlərdə və sürüşü çətin maşına sahib olursunuz.
Bu tamamilə balansdan, sürücünün seçimindən və buna bənzər şeylərdən asılıdır. Cümə günü özümü yaxşı hiss etdim, amma bir az da rahatlığa ehtiyacım var. Sessiyaların arasında irəliyə doğru bəzi addımlar atdıq. Bu, müsbət haldır və maşının hissiyyatı çox yaxşıdır. Asfaltla ilişmə bir az zəifdir. Buna görə də bəzən çətin olur. Amma bunun üzərində işləyəcəyik.
Bazar günü hamımız üçün çətin keçəcək. Susuz qalmamaq vacib olsa da, zehni cəhətdən də çox çətinlik çəkəcəyik. Enerji itirməmək və səhv etməmək bizim üçün çox çətin olacaq”.
Lando Norrisin komanda yoldaşı Oskar Piastri birinci sərbəst yürüşlərdə su təzyiqi problem yaşayıb. İkinci sərbəst yürüşlər də avstraliyalı sürücü üçün ürəkaçan olmayıb. Belə ki, sessiyadan əvvəl Oskarın MCL38-ində altlıqda şübhəli zədə meydana gəlib. Buna görə də gənc sürücü nahardan sonra çox vaxt itirib.
Sessiyadan sonra Oskar Piastri bunları deyib: “Birinci sərbəst yürüşlər başlanğıcdakı etibarsızlıq problemini saymasaq, yaxşı keçdi. Lakin ikinci sessiyada nə baş verdiyini anlamalıyıq, çünki belə halın yaşanması heç də normal deyil.
Lando Norris ikinci sərbəst yürüşlərsə çox rəqabətədavamlı görünürdü. Ümid edirəm ki, mənim maşınımda da problemlər həll olar və mən də yuxarı pillələr uğrunda mübarizə apararam”.
Şərh əlavə et