Xəbəri Kokpitdə Oxuyun!

Volkswagen Garage of Azerbaijan Yay Görüşü keçirib

Azərbaycanda maşın həvəskarları çoxdur. Ümumilikdə ölkəmizdə avtomobil sevilir. Buna görə də çoxlu sayda avtomobil klublarımız var. Bəziləri isə çox fəal işləyirlər. Bunlardan biri də Volkswagen Garage of Azerbaijan klubudur. 

Kokpit.az bildirir ki, klubun üzvləri iyulun 14-də Bravo hipermarketin park yerində görüş keçiriblər. Görüşün adı isə “Yay Görüşü” olub.

Bu cür görüşlər şəbəkələşmə üçün, sosiallaşma üçün, tanışlıq üçün çox vacibdir. Volkswagen Garage of Azerbaijan klubunun üzvləri də bu görüşdə həm bir-birlərini tanıyıblar, həm əyləniblər, həm də viktorinalarda cürbəcür hədiyyələr qazanıblar.

 

Volkswagen Garage of Azerbaijan klubunun təsisçilərindən biri olan Elgiz Şərəfxanlı görüş barədə bunları deyib: “Artıq on ildir Volkswagen klubundayam. Belə görüşlərin olması Azərbaycandakı Volkswagen pilotları üçün çox əhəmiyyətlidir. Bu görüş də klub üzvləri üçün çox faydalı oldu.

Görüşün əsas mahiyyəti klub üzvlərinin bir-birlərini yaxından tanımalarıdır. Bundan başqa sürücülər bir yerə yığışıb ortaq problemləri müzakirə edirlər”.

Elgiz Şərəfxanlı əlavə edib ki, Volkswagen Garage of Azerbaijan olaraq belə görüşləri yenə təşkil edəcəklər: “Bu görüş klub üzvləri üçün çox faydalı oldu. Hamı razı qaldı. Buna görə də gələcəkdə belə görüşlər tez-tez baş tutacaq”.

Rauf Hacıyev

1 şərh