Xəbəri Kokpitdə Oxuyun!

Sayns Hunqarorinqdə əla başlayıb

Macarıstanda hava çox istidir – ilk məşqlərdə aydın səma altında asfaltın istiliyi hətta 60 dərəcəyə çatıb.

Kokpit.az bildirir ki, Haasda ilk sessiyada Oliver Berman Niko Hülkenberqi əvəz edib. Bir neçə komanda yeniliklər gətirib ki, onlardan ən iddialısı Red Bull-dur – çempion komanda əlçatmaz üstünlüyünü bərpa etməyə çalışır.

Ferrari avtomobilin yırğalanmasından xilas olmaq üçün yeni şassi gətirib. Aston Martin yalnız Alonsonun avtomobilinə yeniliklər quraşdırıb ki, mühəndislər müqayisə edə bilsinlər.

Piastrinin avtomobilində hidravlikada problemlər hələ məşq başlamazdan əvvəl yaranıb, lakin mexaniklər sızıntını tez tapıblar və o, trasa çıxıb. Maqnussenin əyləcləri həddindən artıq qızıb, Stroll idarəetmədən, Rikkardo arxa oxun qeyri-sabitliyindən şikayətlənib.

31-ci dəqiqədə bordürə hücum edən Elbonun zədələnmiş maşınının qalıqlarını yığmaq məqsədilə VTM rejimi elan edilib. Sürücülər müxtəlif rezin tərkibləri ilə işləyiriblər, lakin isti asfaltda Soft şinləri onlara iki sürətli dövrəni ardıcıl sürməyə imkan verməyib və tez bir zamanda səmərəliliyini itirib.

Karlos Sayns 1:18.713 ilə ən yaxşı nəticənin sahibi olub. Məşqlər bu gün davam edəcək…

Elçin Zodorov

Şərh əlavə et