Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Çox ziyan dəymədi

Ferrari komandasının sürücüsü Şarl Lekler etdiyi qəzaya görə peşman olsa da, avtomobilə dəyən ziyanın böyük olmadığını deyir.

Kokpit.az bildirir ki, monakolu pilot ikinci sərbəst yürüşlərdə kerblərə həddindən artıq hücum edib və yerində fırlanaraq bariyerlərə dəyib. Bununla da avtomobilinə ziyan vurub.

Gənc sürücü bu qəzaya görə demək olar ki, 30 dəqiqə vaxt itirib. Sessiyadan sonra Lekler məyus olduğunu gizlətməyib.

Şarl Lekler: “Son bir neçə həftəsonu ilə müqayisədə daha stabil bir gün keçirdik. Deyərdim ki, avtomobil indiyə qədər olduqca yaxşı hiss etdirir.

Qəzaya gəldikdə isə, dördüncü döngədə bir az genişdən döndüm və kerblərə toxunanda idarəetməni itirdim.

Xoşbəxtlikdən maşına çox zərər dəymədi. Amma bu, sessiyanı bitirmək üçün kifayət qədər güclü zərbə oldu.

Sabah 3-cü sərbəst yürüşlərdə əsas məqsədimiz itirdiyimiz vaxtı kompensə etmək  və mümkün qədər çox dövrə vurmaq olacaq.”

 

Rauf Hacıyev

Şərh əlavə et