Xəbəri Kokpitdə Oxuyun!

Red Bull-un yeniliklərini Ferstappen istifadə edəcək

Red Bull komandasının Macarıstana gətirdiyi yeniliklər paketini sadəcə Maks Ferstappen istifadə edəcək. 

Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümün ilk 5 yarışında 4 qələbə qazansa da, son yeddi yarışın 3-də damalı bayrağı birinci yerdə keçə biliblər.

Belə olan halda Red Bull komandası Macarıstan Qran Prisinə builki ən böyük yenilik paketini gətirib. “Qırmızı öküzlər” Hunqaroinq trasına motor qapağı, halo, arka əyləc, ön qanad, ön asılqan yenilikləri ilə gəlib. Bununla da komanda ikiyarışlıq fasilədən sonra yenidən podiumun zirvəsinə qayıtmaq istəyir.

Komandanın sürücüsü Maks Ferstappen də builki ən böyük yenilik paketlərini Macarıstana gətirdiklərini təsdiqləmişdi: “Təbii ki, buraya bəzi yeniliklər gətirmişik. Ümid edirəm ki, bunlar bizə yaxşı dəstək verərlər. Lakin hazırda bir şərh verməkdənsə, bu yeniliklərin necə işləyəcəyini görmək istəyirəm. İndiyə kimi gətirdiyimiz yeniliklər elə də böyük deyildilər. Buraya gətirdiyimiz yeniliklər isə indiyə kimi gətirdiklərimizin ən böyüyüdür. Məncə, bu hamı üçün çox vacib həftəsonu olacaq. Ümid edirəm ki, buraya gətirdiyimiz yeniliklər dövrəvi nəticələrimizi yaxşılaşdırar. Ümid edirəm işləyər, çünki, işləməsə bu bizim üçün pis xəbərdir”.

Cümə günü isə Red bull koamandası hansı yeniliklərin hazır olduğu barədə xəbər yayıb. FİA-nın yaydığı relizdə bildirilib ki, motor qapağında böyük dəyişiklik var.

Red Bull komandası xüsusilə motor qapaöında və saydpodun üst tərəfində önəmli dəyişikliklər edib. Bu yeniliyin əsas məqsədi soyutma faydalılığını artırmaqdır, amma eyni zamanda aerodinamik faydanın da artırılması hədəflənir.

Komanda halo da daxil olmaqla bolidin xarici hissəsində dəyişikliklər edib. Bunun hesabına hava axımı da fərqli formada yönləndiriləcək. Bolid hazırda daha incə görünür.

Məlumatlara əsasən yeni saydpod, motor qapağı və soyutma sistemi sadəcə Ferstappenin maşınında olacaq. Serxio Peresin də bəzi yenilikləri alması gözlənilir, amma xarici quruluşla bağlı yeniliklər Maks Ferstappendə olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et