Kokpit.az xəbər verir ki, sürücülər sessiyaya Medium təkərlərlə uzun dövrələr vuraraq başlayıblar. Yalnız McLaren Hard təkərləri seçib. Lakin 7 dəqiqə sonra hamı bokslara qayıtmalı olub. Çünki Leklerin dördüncü döngədə 225 km/saat sürətlə qəza etməsi qırmızı bayraqlara səbəb olub.
Lekler hər ehtimala qarşı tibb məntəqəsinə göndərilib. Fasilə isə 15 dəqiqə davam edib. Yaşıl işıqlar yandıqdan sonra sürücülər sıralanma turuna hazırlaşmaq məqsədilə Soft təkərləri seçiblər. Lakin demək olar ki, dərhal Çjou Pereslə çarpışmamaq üçün kəskin əyləc basıb və yerində fırlanıb. Lakin qəza olmayıb.
Lando Norris 1:17.788 ilə günün ən sürətli dövrəsini vurub. O, builki əsas rəqibi Ferstappeni 0.243 saniyə üstələyib. Məşqlər sabah davam edəcək.
Şərh əlavə et