Kokpit.az xatırladır ki, Red Bull bu mövsüm əvvəlki yarışlara demək olar ki, kiçik yeniliklər gətirmişdi. Lakin bu dəfə gətirilən yeniliklər daha böyükdürlər. Maks Ferstappen də açıqlamasında bildirib ki, bu həftəsonu gətirdikləri yeniliklər növbəti yarışlar üçün çox vacibdir.
Bu gün FİA-nın yayımladığı press relizdə “qırmızı öküzlər”in halo, motor qapağı, arxa əyləc, ön qanad və ön asılqan gətiriblər.
Bundan başqa Aston Martin komandasında yeni ön qanad, halo, altlıq, diffuzor, tarazlayıcı qanad kimi yeniliklər gətirib.
Ən böyük yenilik paketini isə 89 fərqli yeniliklə bu mövsümün outsayderi Sauber gətirib.
Ferrari hunqarorinqə yeni altlıq gətirdiyi halda, Mercedes nisbətən kiçik yeniliklər edib.
Macarıstan Qran Prisinə gətirilən yeniliklər:
- Red Bull: Motor qapağı, halo, arka əyləc, ön qanad, ön asılqan
- Mercedes: Arka deflektor.
- Ferrari: Altlıq gövdəsi
- McLaren: Yenilik yoxdur
- Aston Martin: Ön qanad, halo, altlıq gövdəsi, altlıq hasarı, altlıq kənarı, diffuzor, tarazlayıcı qanad
- Alpine: Arxa əyləc kanalı
- Williams: Motor qapağı
- RB: Ön əyləc kanalı, arxa əyləc bölgəsindəki qanadcıqlarının geometriyası
- Sauber: Saydpod girişi, motor qapağı, altlıq gövdəsi, Altlıq kənarı, arxa əyləc kanalı, arxa asılqan, halo, güzgü, başlıq
- Haas: Soyutma filteri, motor qapağı
Şərh əlavə et