Kokpit.az xatırladır ki, Maks Ferstappen bu həftəsonu Red Bull komandasının bütün yeniliklərini alan yeganə sürücü idi. Niderlandlı sürücü Macarıstanda cümə gününü Lando Norrisin gerisində ikinci yerdə bitirib.
Maks Ferstappen: “Bu yarışa gətirdiyimiz yeniliklərlə əla iş gördüyümüzü düşünürəm. Əlbəttə, bolidi ən yaxşı hala gətirmək üçün hələ görüləcək çox iş var, amma həftəsonuna yaxşı başladığımızı düşünürəm. Hər şeyi diqqətli formada təhlil etməli və sıralanma turu üçün mümkün olan ən yaxşı sazlanmanı seçdiyimizə əmin olmalıyıq”.
Maks Ferstappen əlavə edib ki, Şarl Leklerin qəzasına görə çıxan qırmızı bayraqlar onların işləmə proqramlarına mənfi təsir edib: “Qırmızı bayrağa görə yarış tempi üzərində düzgün işləyə bilmədik. Amma hamı eyni şəraitdə yarışır. Topladığımız məlumatları yenidən təhlil edəcəyik və bu məlumatların işığında işləməyə davam edəcəyik. Ümumilikdə isə həftəsonuna çox yaxşı başlanğıc etdik”.
Qeyd edək ki, Red Bull komandası Macarıstan Qran Prisinə Motor qapağı, halo, arka əyləc, ön qanad, ön asılqan yenilikləri gətirib.
Şərh əlavə et