Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Ən böyük yeniliyi gətirmişik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Macarsıtana gətirdikləri yeniliklər mövsümün qalanı üçün çox vacib olacaq.

Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümün əvvəlindəki üstünlüyünü itirib. “Qırmızı öküzlər” son iki yarışda qələbə üzünə həsrət qalıblar.

 

Çempionatın lideri Maks Ferstappen bolidin aşağı sürət performansından danışıb: “Bu bolidi necə sazlayacağınızdan asılıdır. Keçən il sıralanma turunda özümü yaxşı hiss etməsəm də, yarışda hər şey çox yaxşı idi. Aşağı sürətdəki hissimiz barədə şərh vermək  çox çətindir. Hər trasın, asfaltın və hava şəraitinin, istifadə etdiyimiz təkərlərin təsiri olur. Buna görə də bir söz demək çətindir.

Məncə, bir neçə yarışda ən sürətli maşın bizdə deyildi. Buna görə də bu halın birdən-birə dəyişməsini gözləmirəm. Təbii ki, buraya bəzi yeniliklər gətirmişik. Ümid edirəm ki, bunlar bizə yaxşı dəstək verərlər. Lakin hazırda bir şərh verməkdənsə, bu yeniliklərin necə işləyəcəyini görmək istəyirəm.

İndiyə kimi gətirdiyimiz yeniliklər elə də böyük deyildilər. Buraya gətirdiyimiz yeniliklər isə indiyə kimi gətirdiklərimizin ən böyüyüdür. Məncə, bu hamı üçün çox vacib həftəsonu olacaq. Növbəti aylarda da çox önəmli yeniliklərimiz olacaq. Əgər bunlar bizə yaxşı dövrəvi nəticə gətirməsələr, mövsümün geri qalanı bizim üçün maraqlı olacaq. Eyni zamanda rəqiblərimizin də nələr gətirəcəyini bilmirik. Buna görə də sadəcə öz işimizə köklənmişik. Ümid edirəm ki, buraya gətirdiyimiz yeniliklər dövrəvi nəticələrimizi yaxşılaşdırar. Ümid edirəm işləyər, çünki, işləməsə bu bizim üçün pis xəbərdir, çünki üzərində işlədiyiniz şeylərin trasda performans göstərməsini gözləyərsiniz.

Məncə, bolidi sazlanma formamız, simulyatordan aldığımız geribildirimlər və digər nüanslar bolidi bir az yaxşılaşdırmalıdır. Bundan başqa daha çox performansa ehtiyacımız var, çünki təbii olaraq maşının performansı yaxşı olanda onu sürmək də asan olur. Çünki hər dəfə limitləri aşmanız ya da limitlərə yaxın olmağınız vacibdir.

Hadisələrə realist yanaşsaq, digər komandalar bu il daha böyük addımlar atdılar. Məncə, bu çox başa düşülən vəziyyətdir. Lakin bilirəm ki, komanda performansı artırmaq üçün əlindən gələni edir. Sazlanmalardan və yeniliklərdən daha yaxşı nəticə əldə edəbilərik, amma daha çox performans tapmalıyıq.
Biz lider komandayıq deyə aerodinamik boruda daha az vaxtımız var. Bunu bir bəhanə kimi demirəm, çünki belə düşünmək istəmirəm. Amma artıq oradakı iş zamanımız var və bu zamanla əlimindən gələnin ən yaxşısını etməyə çalışırıq.

 

İlin əvvəlində bolidi sürərkən özümü doğrudan da yaxşı hiss edirdim. Hətta əvvəlki ildən daha rahar idi. Bu isə yaxşı hal idi. Lakin bir neçə yarışdan sonra rəqabətin artması ilə bəzən sazlanma tapmaqda çətinlik çəkdik. İlk bir neçə yarışda doğrudan da problem yaşamadıq və hər şey axarında gedirdi”.

Qeyd edək ki, Red Bull komandası bu il mövsümün ilk 5 yarışında 4-də qalib gəlsə də, son 7 yarışın üçünü qazana biliblər. Buna baxmayaraq, Maks Ferstappen ən yaxın rəqibi Lando Norrisi 84 xal qabaqlayır. Red Bull isə Mühəndislər Kubokunda ən yaxın rəqibi Ferrari-dən 71 xal öndədir.

 

 

Rauf Hacıyev

Şərh əlavə et